
Madam Bovari
зарубежная классикаклассическая прозалитература 19 века16+
Описание
XIX əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər. Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm addımlardan birinə çevrildi. Sonralar romanın baş qəhrəmanı Emma Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən törəmişdir.
Эту книгу читают вместе
пока никтоСвоё чтение
Соберите группу под свой темп – оно появится в каталоге.